Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Çinin yarışlardakı iştirakçı heyətinin sədri general mayor Ye Ciancun bildirib.
O qeyd edib ki, oyunlar iştirakçı ölkələrin hərbi-texniki və təcrübə məsələlərində qarşılıqlı əlaqələrinin gücləndirilməsinə şərait yaradır.
“Biz iştirakçı dövlətlər olaraq güclü əməkdaşlıq nümayiş etdiririk. Həmişəki kimi bu il də yarışlarda iştirak edən ölkələr geniş fürsətlər əldə edir. Bu tədbirə sadəcə olaraq bir yarış kimi baxmaq düzgün olmazdı. Burada iştirakçı ölkələrin nümayəndələri üçün geniş imkanlar ortaya çıxır, gələcək hərbi əməkdaşlıqlar üçün danışıqlar aparmaq fürsəti əldə edirsiniz. Bu, sadəcə hərbi-texniki təchizat almaq və ya satmaqdan ibarət deyil. Biz burada təcrübə qazanırıq, ortaq təlimlərin əsasını qoyuruq, hərbi mübadilə proqramları üzərində işləyirik. Bu baxımdan ordu oyunları gələcək hərbi əməkdaşlıqlar üçün geniş bir platformadır”, - deyə o billdirib.
Dəyanət Ağalarlı
Ordu.az