İranlı siyasətçi: “İran ABŞ-la danışıqlar masasına oturacaq”

2018/07/trump-us-ww3-nuclear-war-iran-rouhani-washington-863628_1532931874.jpg
Oxunub: 4426     14:30     30 İyul 2018    
“İran ilə Birləşmiş Ştatlar 3-6 ay ərzində danışıqlar masası arxasında bir araya gələcək”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İranlı siyasətçi, professor Huşəng Əmri Əhmədi səsləndirib.

ABŞ-dakı Rutgers Universitetinin Yaxın Şərq üzrə Araşdırmalar Mərkəzinin rəhbəri olan Əhmədi iki ölkənin danışıqlara başlayacağını, lakin son günlərdəki qarşılıqlı söz davasının bu prosesi bir qədər ləngitdiyini bildirib.

“Tərəflərin sərgilədikləri davranış danışıqları çətinləşdirir. Lakin 3 və ya 6 aya qədər onlar masaya oturacaq. Hazırda bu bir az çətin kimi görünür, çünki hər iki tərəf bir-birini ittiham edən söz davasına girib”, - deyə Əhmədi qeyd edib.

Onun sözlərinə görə, iki tərəf əvvəlcə Yəmən və Suriya böhranını müzakirə edə bilər. Müzakirələrin nüvə sazişindən daha çox regional məsələlər üzrə aparılması gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Nüvə-sazişi  


Bizi "telegram"da izləyin