Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu əməkdaşlıqların növbəti mərhələsi kimi ötən gün tərəflər arasında daha bir müqavilə imzalanıb.
Belə ki, Tayland generalı Apirat Konqsomponq və ABŞ generalı Robert Braun tərəflər arasında yeni hərbi əməkdaşlıq müqaviləsinə imza atıb.
Müqaviləyə əsasən bir neçə müddətdir üzərində müzakirələr aparılan 261 milyon dollarlıq hərbi təchizat satışı həyata keçiriləcək.
Belə ki, əməkdaşlıq çərçivəsində ABŞ-dan Taylanda 4 ədəd “Black Hawk” helikopteri, dron aparatları və çox sayda aviasiya vasitələri təhvil veriləcək.
Qeyd edək ki, son dövrlərdə tərəflər arasında bağlanan bu müqavilələri bir çox hərbi və siyasi ekspertlər Tayland üçün Çinin bölgədə artan təhdidlərindən siğortalanmaq məqsədi daşıdığını bildirir.
Dəyanət Ağalarlı
Ordu.az