Rusiyanın Donanma Paradı: Putin gövdə göstərişi edir

2018/07/1056006540_1532929835.jpg
Oxunub: 1898     13:47     30 İyul 2018    
Rusiya Donanması Sankt Peterburq sahillərində geniş miqyaslı hərbi parad təşkil edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, paradda 40-dan çox döyüş gəmisi iştirak edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilən məlumatda qeyd olunub ki, paradda 20-ə qədər fərqli dövlətdən yüksək vəzifəli dövlət və hökumət nümayəndəsi iştirak edib.

Bildirilib ki, paradda Rusiya donanmasındakı ən nəhəng gəmilərin 12 ədədi, həmçinin 50-dən çox qırıcı və çox sayda kiçik döyüş gəmiləri də təqdim edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, bu, dünya tarixinin ən nəhəng donanma hərbi təlimləri kimi tarixə düşüb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Donanma   Parad  


Bizi "telegram"da izləyin