"Yaponiyanın ABŞ-ın HHM sistemlərilə təchiz olunan esminesləri regiona təhdiddir" – Ekspert

2018/07/1695481_-_main_1532929537.jpg
Oxunub: 3661     13:40     30 İyul 2018    
“Yaponiyanın CEC sistemi ilə təchiz olunan yeni növ “Aegis” esminesi bütövlükdə region üçün təhdid mənbəyidir”.

Ordu.az “Global Times”a istinadən xəbər verir ki, bu fikirləri Çin Xalq Azadlıq Ordusunun Dəniz Hərbi Araşdırmalar İnstitutunun tədqiqatçı alimi Zanq Cunşe bildirib.

O bildirib ki, CEC sistemləri ABŞ donanması tərəfindən dənizlərdə havadan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə təkmilləşdirilib.

Bu sistem tərəfindən yaradılan şəbəkədən istifadə edən hər bir gəmi istənilən halda düşmən manevrləri həyata keçirə bilər.

Qeyd edək ki, 27DDG sinifli gəmi Yaponiya Özünümüdafiə Qüvvələrində istifadə edilən yeddinci “Aegis” esminesidir. Onun 2020-ci ildə xidmətə daxil edilməsi gözlənilir. O, CEC sistemləri ilə təchiz olunacaq ilk pilotsuz esminesdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ   Esmines  


Bizi "telegram"da izləyin