“Türkiyə-ABŞ əlaqələri xilas edilə bilər” – İbrahim Kalın

2018/07/Снимок_1532775576.png
Oxunub: 4237     18:54     28 İyul 2018    
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Ankara ilə Vaşinqton arasındakı problemin danışıqlar vasitəsilə həll edilə biləcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə fikirləri bu gün səhər verdiyi mətbuat konfransında səsləndirib.

Kalın bildirib ki, iki ölkə arasında Gülənin ekstradisiyası və Suriya ilə bağlı siyasi fikir ayrılıqları kimi problemlərin həllinə də ümidvardır.

“Əgər ABŞ Türkiyənin təhlükəsizliyini daha da ciddiyə alarsa və həqiqətən də bəzi məsələlərin Ankaranın daxili siyasəti olduğunu qəbul edərsə, onda mütləq bu problemlər həllini tapacaq. Qarşıdakı günlərdə tərəflər arasında müzakirələr aparılacaq. Bu danışıqlardan ciddi nəticələr gözlənilir”, - deyə sözçü qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin