Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ və Ərəb rəsmilər bildirirlər.
Agentliyin məlumatına görə, dörd mənbə Ağ Evin həmin ölkələr arasındakı raketdən müdafiə, hərbi təlim, terrorla mübarizə və digər məsələlərdə əməkdaşlığını dərinləşdirməyə çalışdığını bildirib.
Ağ Ev və Yaxın Şərqdən olan rəsmilərin “Ərəb NATO”su adlandırdığı planın İran və ABŞ arasında gərginliyi daha da yüksəltdiyi müşahidə edilir.
Tramp administrasiyasının ümidi Yaxın Şərq Strateji İttifaqı adlanan alyansın yaradılması ilə bağlı 12-13 oktyabr tarixlərində Vaşinqtonda müzakirələrin aparılmasıdır.
Bu planın həyata keçirilməsi qarşısındakı əsas əngəl isə Səudiyyə Ərəbistan və BƏƏ ilə Qətər arasında artıq 13 aydır davam edən gərginlikdir. Həmin dövlətlərlə yanaşı digər Ərəb ölkələri də ərazisində ABŞ bazası olan Qətəri terroru dəstəkləməkdə ittiham edir. Lakin Qətər bu iddiaları təkzib edir.
Ağalar Ağalarlı
Ordu.az