Türkiyə Suriyada patrul reydlərinə davam edəcək

2018/07/234234_1532765992.jpg
Oxunub: 1875     16:18     28 İyul 2018    
Türkiyə və ABŞ qarşıdakı bir neçə həftədə də Münbicdəki patrul reydləri həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ Müdafiə naziri Ceyms Mettis bildirib.

O qeyd edib ki, patrul reydələrinin uzun müddət davam etməsi gözlənilmir.

“Dəqiq deyə bilmərəm 2, 4, 6 və s. Bu barədə mütləq bir söz demək çətindir. Lakin deyə bilərəm ki, biz həftələrdən danışıq, aylardan yox. ABŞ və Türkiyə daha bir neçə patrul reydindən sonra Münbicdəki birgə fəaliyyətlərini yekunlaşdıracaq”, - deyə Mettis bildirib.

Qeyd edək ki, Türkiyə Münbicdə ABŞ-la koordinasiyalı şəkildə iyunun 18-dən bu yana 20 patrul reydi keçirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ABŞ   Suriya  


Bizi "telegram"da izləyin