ABŞ KXDR-ə hərbi heyət göndərə bilər

2018/07/456456_1532762528.jpg
Oxunub: 1587     15:20     28 İyul 2018    
ABŞ Koreya müharibəsində həlak olan hərbçilərin nəşinin axtarışı üçün Şimali Koreyaya hərbi axtarış heyəti göndərməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə fikirləri ABŞ Müdafiə naziri Ceyms Mettis səsləndirib.

O qeyd edib ki, hələlik transferi həyata keçirilən nəşlərin sayı ABŞ-ın KXDR-də dəfn edilmiş hərbçilərinin çox cüzi hissəsini təşkil edir.

“Biz bununla bağlı müzakirələr aparırıq. Əlbətdə ki, Koreya müharibəsində həlak olan hərbçilərimizin cəsədlərinin qalılarının axtırışı üçün Şimali Koreyaya hərbi heyətin göndərilməsi planlar arasında yer alır. Dəqiq qərar KXDR rəhbərliyi ilə razılaşmadan sonra veriləcək”, - deyə Mettis bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin