Ağrıda 3 terrorçu zərərsizləşdirilib

2018/07/thumbs_b_c_9f218a3c4c9b9f3ce7c8165ea5fe3ac0_1532759919.jpg
Oxunub: 3355     14:38     28 İyul 2018    
Türkiyə Silahlı Qüvvələri ölkənin Ağrı vilayətində PKK-ya mənsub 3 terrorçunu zərərsizləşdirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağrı vilayətinin rəhbərliyi məlumat yayıb.

Məlumata görə, terrorçulara qarşı Ağrı dağında hərbi əməliyyat keçirilib. Terrorçular zərərsizləşdirildikdən sonra aparılan axtarış nəticəsində onlara məxsus 1 M-16 piyada tüfəngi, 2 “Kalaşnikov” piyada tüfəngi, 5 əl bombası, 10 “Kalaşnikov” və 2 ədəd M-16 darağı, 1 ədəd günəş paneli, 1 komputer və s. silah-sursat tapılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror  


Bizi "telegram"da izləyin