Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, müdafiə sistemlərini əldə edən Pekin onların sınağını gecikdərməyi düşünmür.
Bəzi mənbələrin məlumatına görə, bu ayın sonu və avqustun əvvəllərində Xalq Azadlıq Ordusu yeni sistemlərdən şərti ballistik hədəflərə atışlar həyata keçirməyi planlaşdırır.
Sınaqların dərhal başladılmasına baxmayaraq, S-400-lərin XAO-nun istifadəsinə nə vaxt veriləcəyinə dair dəqiq məlumat isə hələlik yoxdur.
Qeyd edək ki, Çin S-400 “Triumf” müdafiə sistemlərini əldə edən ilk xarici müştəri olub. Bu sistemlərin alınmasına dair Rusiya ilə Çin arasında 3 milyard dollara yaxın dəyərdə müqavilə imzalandığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az