“Növbəti hədəfimiz İdlibin azad edilməsidir” – Əsəd

2018/07/456_1532757857.jpg
Oxunub: 1847     14:03     28 İyul 2018    
Suriya prezidenti Bəşər Əsəd ötən gün Rusiya mediasının suallarını cavablandırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əsəd ordunun Dera və Küneytrədəki əməliyyatlarını yüksək qiymətləndirib.

Onun sözlərinə görə, Suriya ordusunun Derada və Əl-Küneytrədə göstərdiyi nəticələr təqdirəlayiq olub.

“Bu bölgələrlə bağlı planlarımız artıq tam olaraq reallaşmaq üzrədir. Növbəti hədəfimiz İdlibin azad edilməsidir. Lakin sadəcə İdliblə kifayətlənməyəcəyik. Suriya hökumətinin planları uzun prespekivlidir. Biz ardıcıl olaraq hədəflərimizə nail olduqdan sonra ölkədə heç bir terror təhlükəsi, yaxud silahlı qarşıdurma qalmayacaq”, - deyə Əsəd bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsəd   SQQ  


Bizi "telegram"da izləyin