Ordu.az “Belta”ya istinadən xəbər verir ki, bu fikirləri Belarus Müdafiə naziri Andrey Ravkov bəyan edib.
O bildirib ki, iki ölkə arasında silahlı qüvvələrin formalaşdırılması təcrübəsinin mübadiləsi, birgə hərbi təlim, təhsil və araşdırma sahələrində hərbi əməkdaşlıq çox yaxşı səviyyədədir.
Ravkov Çin Xalq Azadlıq Ordusunun 2020-ci ildə tamamlanması planlaşdırılan yenidənqurma prosesində olduğunu xatırladıb və onun Çin suverenliyi və ərazi bütövlüyünə zəmanət olduğunu vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az