Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu müddət ərzində şirkətin ümumi dövriyyəsi 24,3 milyard dollara yüksəlib.
Buna səbəb isə 194 ticari çatdırılmanın həyata keçirilməsi, müdafiə və xidmətlərin həcminin genişləndirilməsi olub.
Şirkətin müdafiə, kosmos və təhlükəsizlik sahəsi üzrə dövriyyəsi isə 9% yüksələrək 5,59 milyard dollara çatıb. Bu rəqəm ötən ilin eyni dövründə isə 5,14 milyard dollar olub.
Dövriyyənin yüksəlməsində əsas pay F/A-18 və digər silah-sursatın satışında olan artımdır. Bundan başqa ABŞ donanması bu dövrdə 416 milyon dollar dəyərində 3 ədəd P-8A “Poseidon” sifariş verib.
Ağalar Ağalarlı
Ordu.az