BƏƏ Yaxın Şərqdə daha böyük hərbi rol arzusundadır

2018/07/37837607_2616284961930989_6452859135816892416_n_1532705641.jpg
Oxunub: 1718     23:33     27 İyul 2018    
Birləşmiş Ərəb Əmirliyi rəsmisi regionda daha böyük hərbi rola sahib olmaq istədiklərini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı BƏƏ Xarici İşlər naziri Ənvər Qarqaş bildirib.

O qeyd edib ki, ölkəsi artıq öz təhlükəizliyi üçün ABŞ və Britaniya kimi Qərb əməkdaşlarının dəstəyinə daha uzun müddət ehtiyac duymaq istəmir.

Buna görə də BƏƏ artıq özünün daha müasir ordusunun formalaşdırılmasını istəyir.

“Biz gözləyə bilmərik ki, regiondakı təhlükələr gəlib qarşımıza çıxsın və onunla mübarizə aparaq. Birləşmiş Ərəb Əmirliyi öz ordusunun müasirləşdirilməsi yolunda ciddi addımlar atacaq ki, bu da bizim Yaxın Şərqdəki hərbi rolumuzu və nüfuzumuzu daha da artıracaq. Biz regionda baş verən bütün hərbi və siyasi hadisələrdə aktiv rol almalıyıq”, - deyə nazir vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin