“National Interest”: “Lockheed”in F-16 “Block 70” təyyarəsi niyə xüsusidir?

2018/07/f-16-viper-block70_1532698192.jpg
Oxunub: 4258     21:27     27 İyul 2018    
“Lockheed Martin” bu yaxınlarda Bəhreyn üçün 16 ədəd F-16 “Block 70” qırıcı təyyarəsinin istehsalına dair ABŞ-la 1,12 milyard dollarlıq böyük müqavilə imzaladı.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu müqavilə ilə F-16-nın bu vaxta qədər ən təkmil versiyası olan “Block 70” təyyarəsinin ilk istifadəçisi Bəhreyn olacaq.

“Lockheed Martin” son dövrlərdə Cənubi Karolinadakı F-16 fabrikinə çox böyük yatırımlar edib. Kompaniyanın məlumatına görə, F-16 istehsalı minlərlə iş yerinin açılmasına səbəb olub. Hazırda 42 dövlətdə 450 ABŞ təchizatçısı F-16-nın təchizat zəncirinə dəstək verir.

“Block 70” versiyasının istehsalında ailənin ən qabaqcıl təyyarəsi hesab edilən F-35-də əldə edilən təcrübədən istifadə edilib. F-35 çox daha qabaqcıl və döyüş qabiliyyətli olmasına baxmayaraq, heç də bütün ölkələrin onu alma imkanı yoxdur. Belə olduğu təqdirdə həmin ölkələr üçün ən yaxşı versiyası kimi firma F-16 “Block 70” təklif etməyə hazırlaşır.

Yeni təyyarə “Northrop Grumman” istehsalı elektron skan radarlarından istifadə edir. F-22 və F-35-də də istifadə olunan bu radarlar, eyni zamanda 20-dən çox hədəfi aşkarlaya bilir. Radar 160 dəniz mili mənzilə sahibdir.

Təyyarənin digər üstünlüyü isə uzadılmış uçuş müddətidir. Belə ki, o, 12 min saat uça bilir və konformal maye yanacaqdan istifadə edir. Onun pilot kabini də yeni mühafizə sistemi ilə təmin edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   F-16-Block-70  


Bizi "telegram"da izləyin