Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahı yayıb.
Bildirilib ki, son 1 həftə ərzində Türkiyə ordusu ölkənin Şırnak, Mardin, Ərzurum, Bingöl vilayətlərində və İraqın Avaşin-Basyan bölgəsində anti-terror əməliyyatları keçirib.
Rəsmi məlumata əsasən 20-27 iyul tarixlərində baş tutan 30-a qədər hava və quru əməliyyatlarında ümumilikdə 44 PKK terrorçusu zərərsizləşdirilib.
Dəyanət Ağalarlı
Ordu.az