Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, vəziyyətin bu qədər gərginləşməsinə səbəb isə ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişindən çıxması ilə gələn aydan etibarən tədrici olaraq İran üzərinə sanksiyaların yenidən tətbiq edilməsi planıdır.
İranla nüvə sazişi imzalanmazdan əvvəl o, 8-10 nüvə bombası yaratmağa imkan verəcək zənginləşdirilmiş urana sahib idi.
Nüvə sazişi imzlandıqdan sonra İranın özünün uran ehtiyatlarını 98% miqdarında azaltmağa söz verməsilə ölkəyə tətbiq edilən sanksiyalar qaldırıldı.
Bu il aprel ayında isə İsrail Baş naziri Benyamin Netanyahu iddia etdi ki, əlində İranın nüvə sazişini pozması və bəzi depolarını gizlətməsinə dair təkzib edilməsi mümkün olmayan sübutlar var.
Bu çıxışdan daha öncə, yanvar ayında isə Demokratiyanın Müdafiəsi Fondu nüvə sazişinin imzalanmasından keçən müddətdə İranın 23 raket atdığına dair hesabat yaydı.
Ötən ay isə İran nüvə sazişinin tərkibində qalmaqla uranın zənginləşdirilməsini artıra biləcəyini elan etdi. Sazişə əsasən İran uranı sadəcə 3,67%-ə qədər zənginləşdirə bilər.
Ağalar Ağalarlı
Ordu.az