Rusiya ilə SADC arasında hərbi əməkdaşlıq gücləndiriləcək

2018/07/Снимок_1532691776.png
Oxunub: 3426     19:47     27 İyul 2018    
Rusiya ilə Cənubi Afrika İnkişaf Cəmiyyəti (SADC) arasında hərbi-texniki əməkdaşlıqla bağlı memorandum imzalanıb.

Ordu.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müqavilə ötən gün Cənubi Afrika Respublikasında baş tutan BRICS sammitində imzalanıb.

Bildirilib ki, Moskva və SADC-a üzv 16 dövlət qarşılıqlı hərb-texniki əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı razılığa gəlib.

Müqailəyə əsasən, tərəflər müdafiə sənayeləri arasında qarşılıqlı inteqrasiyanı təşviqedici addımlar atacaqlar.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   SADC   Hərbi-Texniki-Əməkdaşlıq   BRICS  


Bizi "telegram"da izləyin