Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bundan 4 il öncə ABŞ QQ-nin komandanı general Ray Odierno isə ordunun sadəcə 2 briqadasının müharibəyə hazır olduğunu söyləyib.
Əgər nəzərə alınsa ki, ABŞ Quru Qoşunlarının illik büdcəsi 148 milyard dollardır, onda bu problemin arxasında dayanan səbəbin maliyyə çatışmazlığı olduğunu demək bir qədər çətindir.
Çünki ABŞ QQ-yə ayrılan büdcə Rusiya, Almaniya və Yaponiyanın birlikdə bütöv hərbi büdcəsindən artıqdır. Əsas məsələ ayrılan maliyyənin necə xərclənməsidir.
Rusiya və Çin hər ikisi müharibənin dəyişən təbiətini anlayıb və İkinci Dünya Müharibəsi dövründən qalma strukturu aradan qaldırıb və yenidənqurmaya gedib.
ABŞ Quru Qoşunlarının təlim təminatındakı çatışmazlıq onun müharibə hazırlığındakı əsas zəifliyi kimi dəyərləndirilir. Bu baxımdan Son illərdəki Milli Müdafiə Səlahiyyətləndirmə Qanununlarında ABŞ QQ-nin təlimlərinə diqqət artırılıb.
Ağalar Ağalarlı
Ordu.az