Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Quru Qoşunlarının general-leytenantı İvan Buvaltsev “Rossiya-24” televiziyasına etdiyi açıqlamada bildirib.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi NATO-nun 29 üzv dövlətinə rəsmi dəvət göndərib.
“Bu il biz bütün NATO üzvlərinə “Ordu Oyunları 2018”də iştirak üçün dəvət göndərsək də, yalnızca Yunanıstan bu oyunlarda iştirakla bağlı dəvəti qəbul etdi”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az