Ermənistan MN-nin mərkəzi arxivinin rəisi ölüb - FOTOLAR

2018/07/2_3061910226.jpg
Oxunub: 1874     17:09     07 İyul 2018    
Ermənistan müdafiə nazirliyinin mərkəzi arxivinin rəisi ölüb.

Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, iyulun 5-də saat 23:05 radələrində 46 yaşlı İrəvan sakini Artak Kirakosyan idarə etdiyi "Kia" markalı avtomobillə Tibilisi küçəsinin yol ayrıcında 45 yaşlı Elmira Ananyanı vurduqdan sonra, yolun hərəkət hissəsində dayanan "Nissan" markalı avtomobilə çırpılıb.

Yol qəzası nəticəsində "Nissan" markalı avtomobilin sürücüsü 18 yaşlı Valentina Sarkisyan, onun sərnişini 45 yaşlı Anna Betxemyan və avtomobilin vurduğu piyada Elmira Ananyan bədən xəsarətləri ilə tibb mərkəzinə təxliyyə ediliblər.

"Kia" markalı avtomobilin sürücüsünə ilk tibbi yardım göstərilsə də, o, xəstəxanaya getməkdən imtina edib.

Məlumata görə, Elmira Ananyan Ermənistan müdafiə nazirliyinin mərkəzi arxivinin rəisi olaraq xidmət edir. O, ayaq nahiyəsindən ciddi xəsarətlər alıb. Xəstəxanadan verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən Ananyan qısa müddət sonra ölüb.




Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ölüm   Qəza  


Bizi "telegram"da izləyin