Ordu.az Ermənistan istintaq komitəsinə istinadən xəbər verir ki, hərbi hissədən avtomobil ehtiyyat hissələrinin satılması faktı üzrə aparılan hərtərəfli araşdırma nəticəsində avtomobil xidməti rəisinə ittiham irəli sürülüb.
Məlumata görə 27 iyun 2018-ci il tarixində avtomobil ehiyyat hissələrinin satılması ilə mənimsəmə faktına dair təhlükəsizlik xidmətinin qaldırdığı cinayət işi Ermənistan istintaq komitəsinin hərbi istintaq idarəsi tərəfindən icraata götürülüb.
İlkin araşdırmaya görə, hərbi hissənin avtomobil xidməti rəisi səlahiyyətlərindən sui-istifadə edərək, şüurlu şəkildə öz maraqları çərçivəsində hərbi texnikaya dair ehtiyat hissələrini anbara daxil edərək, daha sonra qoşunlarda müvafiq ehtiyat hissələrin dəyişdirilməsi əvəzinə dəmir metal qırıntısı kimi saxta aktlar tərtib edib, bundan sonra ehtiyat avtomobil hissələrini satıb.
Əldə edilən faktlar əsasında hərbi hissənin avtomobil xidməti rəisi həbs edilib. İstintaq komitəsi və hərbi polis tərəfindən ittiham olunan və hərbi hissənin bir sıra aidiyyəti şəxslərin evlərində, iş otaqlarında, avtomobil ehtiyat hissələrinin alqı satqısı ilə məşğul olan şəxsin qeydiyyat və yaşayış yerindəki yardımçı tikililərində axtarışlar aparılıb.
Aparılan axtarışlar nəticəsində müxtəlif markalı avtomobillərə aid ehiyat hissələri, mühərriklər, dəyişdirici qutu, ayrıca detallar, cari istismara yararlı bir sıra digər detallar, həmçinin UAZ markalı avtomobil texnikası aşkarlanaraq müsadirə edilib.
Müsadirə edilən avtomobil ehiyat hissələrinin əldə edilməsi mənbələrinin aşkarlanması istiqamətində araşdırmalar davam edir.
Alpər Mövludoğlu
Ordu.az