Ordu.az xəbər verir ki, bu barədə öz "Facebook" səhifəsində Ermənistanın baş prokurorunun KİV-lərlə iş üzrə məsləhətçisi Qor Abrahamyan yazıb.
O, hərbi qulluqçuların ölüm detallarını belə açıqlayıb.
Hərbi xidmətlə əlaqəli olan ölüm halları
• 5 nəfər cəbhədə təxribat törədərkən həlak olub
• 6 nəfər intihar və ya intihar həddinə çatdırma nəticəsində
• 2 nəfər silahdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində
• 2 nəfər xəstəlik nəticəsində
• 1 nəfər mina partlayışı nəticəsində
• 1 nəfər öldürülmə nəticəsində
• 1 nəfər bədbəxt hadisə nəticəsində
• 1 nəfər avtoqəza nəticəsində
Erməni hərbi qulluqçuların ölüm hadisəsi ilə əlaqədar 17 cinayət işi üzrə ilkin araşdırma aparılır.
Həmin dövrdə hərbi xidmətlə əlaqəsi olmayan xəstəlik və qəza nəticəsində hərbi qulluqçuların 12 ölüm hadisəsi qeydə alınıb.
Qor Abrahamyan 2017-ci ilin eyni dövründə hərbi xidmətlə əlaqəli 35 hal, hərbi xidmətlə əlaqəsi olmayan 9 ölüm hadisəsi olmaqla cəmi 44 ölüm faktının qeydə alındığını bildirib.
Hərbi xidmətlə əlaqəli olan ölüm halları
• 16 nəfər cəbhədə təxribat törədərkən həlak olub
• 6 nəfər intihar və ya intihar həddinə çatdırma nəticəsində
• 3 nəfər silahdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində
• 2 nəfər xəstəlik nəticəsində
• 1 nəfər öldürülmə nəticəsində
• 3 nəfər bədbəxt hadisə nəticəsində
• 4 nəfər avtoqəza nəticəsində
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə Ermənistan silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.
Alpər Mövludoğlu
Ordu.az