Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 4-də saat 23:00 radələrində başından aldığı xəsarətlərlə “Astğik” tibb mərkəzinə daxil olan xəstə barədə polisə məlumat daxil olub.
Araşdırma nəticəsində məlum olub ki, Armavir vilayətinin Mercavan kənd sakini 19 yaşlı Qor Hayrapetyan baş nahiyəsində şübhəli zədə diaqnozu ilə tibb mərkəzinə müraciət edib. Onun sözlərinə görə, tanımadığı şəxs tərəfindən İsakov küçəsində əsassız olaraq döyülüb.
Məlum olub ki, 4 iyul saat 22:00 radələrində İsakov və Babacanyan yollarının kəsişməsində Q. Hayrapetyanla mübahisə edən, daha sonra onu döyən şəxs hadisə yerindən "Mercedes" markalı avtomobillə uzaqlaşıb. Hadisəni törədən şübhəli şəxsin axtarışı istiqamətində istintaq tədbirləri davam edir.
Məlumata görə, Qor Hayrapetyan Ermənistan müdafiə nazirliyinin müddətli xidmət hərbi qulluqçusudur.
Alpər Mövludoğlu
Ordu.az