Pakistan BQ rəisi Əfqanıstan nümayəndəsini qəbul edib

2018/07/Zakhilwal-Bajwa_1530787330.jpg
Oxunub: 3190     18:35     05 İyul 2018    
Pakistan Baş Qərargah rəisi general Qəmər Caved Bəcva Əfqanıstanın nümayəndəsi Həzrət Ömər Zakilvalı qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan BQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı regional təhlükəsizliyə dair ortaq maraqlara qarşı mövcud olan təhdidlər müzakirə edilib.

Zakilval Əfqanıstanla Pakistan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərindən dolayı Bəcvaya öz təşəkkürlərini bildirib.

Qeyd edək ki, görüşdən bir gün öncə ABŞ Xarici İşlər nazirinin Cənubi və Mərkəzi Asiya İşləri üzrə köməkçisi Alis Uells Pakistan Baş Qərargah rəisini ziyarət edərək, Pakistanın Əfqanıstanda sülhün bərqərar olunması üçün oynaya biləcəyi rolu müzakirə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Əfqanıstan   Görüş  


Bizi "telegram"da izləyin