Rusiya-Yaponiya strateji stabillik konsultasiyası baş tutacaq

2018/07/japan-russia-flags_1530786626.jpg
Oxunub: 2564     18:17     05 İyul 2018    
Rusiya və Yaponiya arasında strateji stabillik üzrə konsultasiyaların növbəti mərhələsi gələn il Moskvada baş tutacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu barədə qərar Rusiya XİN rəhbərinin müavini Sergey Ribakovun yaponiyalı həmkarı Takeo Mori ilə Tokioda baş tutmuş görüşündə qəbul edilib.

Qeyd olunub ki, konsultasiyalarda hər iki ölkənin XİN və MN-dən nümayəndə heyətləri iştirak edəcək. Onlar regional və qlobal təhlükəsizlik, Yaponiya və Rusiya arasında effektiv əməkdaşlıq və digər məsələlər üzərində müzakirələr aparacaqlar.

Eyni zamanda Koreya yarımadası və Suriyadakı vəziyyət, İranla böyük dövlətlər arasında imzalanmış Əhatəli Birgə Tədbirlər Planı sazişi, yeni təhdidlər və çətinləklər barədə də danışıqlar həyata keçiriləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Yaponiya   Strateji-Konsutasiya  


Bizi "telegram"da izləyin