Hesabat: İyun ərzində 38 Səudiyyə hərbçisi həlak olub

2018/07/baabc9d5-a1f7-4df1-a36a-bd8f45b2072d_1530778110.jpg
Oxunub: 2634     17:38     05 İyul 2018    
Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı müharibədə verdiyi itkilərlə bağlı rəsmi hesabat yayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanına məxsus araşdırma şirkəti bildirib.

Hesabatda qeyd olunub ki, koalisiya qüvvələri tərkibində fəaliyyət göstərən Səudiyyə Ərəbistanı ötən ay ərzində Cizən, Nəcran və Əsirdə baş verən qarşıdurmalar zamanı ümumilikdə 38 hərbçisini itirib.

Həmçinin əməliyyatlar zamanı 26-sı ağır olmaqla ümumilikdə 46 hərbçinin də yaralandığı bildirilir.

Qeyd edək ki, itkilərin belə böyük olmasının əsas səbəbi qiyamçı qüvvələrin katyuşa raketlərindən istifadə etməsidir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Yəmən   Hesabat  


Bizi "telegram"da izləyin