Poroşenko və Stoltenberq ortaq bəyanat yayacaq

2018/07/1984415146514651_1530779993.jpeg
Oxunub: 4095     16:39     05 İyul 2018    
Ukrayna prezidenti Petro Poroşenko və NATO-nun Baş katibi Yens Stoltenberq gələn həftə NATO sammitində birgə bəyanat açıqlayacaq.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, sammit zamanı NATO partnyorları kimi Gürcüstan və Ukrayna ilə ayrıca görüş keçiriləcək.

Qeyd edək ki, Ukrayna bir neçə gün öncə NATO ilə əməkdaşlığa uyğun olaraq yeni milli təhlükəsizlik qanunu qəbul edib. Qanun Ali Rada tərəfindən qəbul edildikdən sonra prezident tərəfindən imzalanıb.

Qanunda Ukraynanın müdafiə sahəsindəki xərclərinin ÜDM-nin ən azı 5%-nə bərabər olması, eyni zamanda müdafiə qüvvələrinin maliyyələşdirilməsinə ayrılan vəsaitin 3%-dən az olmaması göstərilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO   Gürcüstan  


Bizi "telegram"da izləyin