Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, adı qeyd olunmayan yeni artilleriya vasitəsinin uzun mənzilli ballistik raket olduğu bildirilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında “Palmaçim” aviabazasından həyata keçirilən sınaq uğurlu olub.
Sınaqla bağlı açıqlanan məlumatda bildirilib ki, yeni raket Tehrandakı bütün hərbi bazaları yüz faiz dəqiqliklə vura biləcək potensialdadır.
Qeyd edək ki, İran bu iddianı əsassız adlandırıb və bildirib ki, İsrail İranı vura biləcək texnikaya heç vaxt sahib olmayıb.
Dəyanət Ağalarlı
Ordu.az