Ordu.az “Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin rəsmisi danışıb.
Rəsminin sözlərinə görə, İsrail iki ölkə arasındakı hərbsizləşdirilmiş bufer zonaya daxil olan əsgərləri vurmağı özünün qanuni hüququ kimi görür.
Bu məqsədlə ordu artıq Suriya-İsrail sərhədi yaxınlığındakı hökumət qüvvələrini izləmək məqsədilə Döyüş Kəşfiyyat Korpusundan sərhədə əsgərlər yerləşdirib.
Qeyd edək ki, sözügedən atəşkəs sazişində göstərilir ki, Suriya Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş bufer zonanın 10 kilometrliyində 75 tank və 6 min əsgərdən çox qüvvə saxlaya bilməz.
Ağalar Ağalarlı
Ordu.az