Ukrayna və Türkiyə müdafiə sənayesində əməkdaşlığı dərinləşdiriləcək

2018/07/thumbs_b_c_6130aaacf524f334bb755c2eefc07b40_1530775090.jpg
Oxunub: 1898     15:53     05 İyul 2018    
Ukrayna və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın həyata keçirilməsi ilə bağlı bir sıra müqavilələr imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Müdafiə Şurası bildirib.

Bəyanatda qeyd olunub ki, ötən gün Ukrayna və Türkiyə rəsmiləri arasında hərbi-texniki müzakirə məqsədli iclasın altıncı hissəsi baş tutub.

Türkiyə Müdafiə Sənayesi müstəşarının köməkçisi Sərdar Dəmirəl ilə Ukrayna Müdafiə nazirinin köməkçisi İqor Pavlovski il ərzində həyata keçirilən hərbi əməkdaşlığı qiymətləndiriblər.

“Tərəflər uzaqdan idarə olunan silah sistemləri sahəsində əməkdaşlığın artırılması, zirehli döyüş maşınları üçün yeni motor sistemlərinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli komitənin qurulması ilə bağlı qərar qəbul ediblər”, - deyə bəyanatda bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna  


Bizi "telegram"da izləyin