Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə Federal Polisin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Kərkükün cənub-qərbində yerləşən Havica vilayətinə polisin 56-cı briqadası tərəfindən qəfil əməliyyat keçirilib. Əməliyyat nəticəsində İŞİD liderlərindən olan Şehab Əhməd əl-Sallab məhv edilib.
Bölgədə baş verən bir neçə terror aktından məsul olduğu şübhələnilən Sallabın İŞİD-in ən təhlükəli liderlərindən biri olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az