Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail rəsmiləri bildiriblər.
Mənbələrin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri BƏƏ-nin hərbçilərini qəbul edib. Nümayəndə heyəti ABŞ istehsalı F-35 qırıcı təyyarələri ilə yaxından tanış olmaq məqsədilə İsraildədir.
Məlumatda BƏƏ-nin F-35-ləri almaq istədiyi, eyni zamanda ABŞ-dan olan nümayəndə heyətinin də onları müşayiət etdiyi bildirilir.
İsraillə rəsmi olaraq diplomatik əlaqələri mövcud olmayan BƏƏ tərəfi isə bu iddialarla bağlı hələlik açıqlama yaymayıb.
Ağalar Ağalarlı
Ordu.az