Koalisiya qüvvələri Yəmənin şimalında ciddi itkilər verib

2018/07/a67cc1fb-b0c8-4190-a11e-a5fcce304447_16x9_788x442_1530595452_1530773985.jpg
Oxunub: 3368     15:14     05 İyul 2018    
Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələri ilə Husi qiyamçıları arasında Yəmənin şimalında irimiqyaslı qarşıdurmalar yaşanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı koalisiya qüvvələrinin sözcüsü Turki Əl-Maliki bildirib.

O qeyd edib ki, son 2 gün ərzində Yəmənin paytaxtı Sənanın şərqinə, Nihm rayonunda baş verən qarşıdurmalar səngimək bilmir.

“Birləşdirilmiş qüvvələrimiz Sənanın müxtəlif istiqamətlərinə eyni anda hücumlar həyata keçirsə də, bu əməliyyatlar uğursuzluqla nəticələnib. Rəqəmlər hələlik dəqiqləşməsə də, qəbul etmək lazımdır ki, itkilərimiz kifayət qədər böyükdür”, - deyə sözcü bildirib.

Qeyd edək ki, son 2 gündə qiyamçıların açıqladığı rəqəmlərdə ümumilikdə 100-dən çox koalisiya hərbçisinin öldürüldüyü bildirilsə də, Turki Əl-Maliki çıxışında bu xəbərləri yalanlayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər   Koalisiya-Qüvvələri  


Bizi "telegram"da izləyin