Kasprşik Tonoyanla Naxçıvandakı vəziyyəti müzakirə edib

2018/07/345_1530733535.jpg
Oxunub: 4026     03:01     05 İyul 2018    
Bu gün Ermənistanın müdafiə naziri Davit Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən yayılıb.

Görüş zamanı tərəflər cəbhə xəttindəki və Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyəti müzakirə ediblər. Ermənistan müdafiə naziri Kasprşikə Naxçıvan istiqamətindəki vəziyyət və son hadisələr barədə məlumat verib, onların mümkün nəticələrinə toxunub.

Öz növbəsində Kasprşik danışıqlar prosesində gündəmdə duran gələcək məsələlərlə bağlı Tonoyanı məlumatlandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Naxçıvan   Tonoyan-Kasprşik  


Bizi "telegram"da izləyin