Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mərkəzi çağırış məntəqəsində keçirilən yay çağırışı prosesində jurnalistlərlə görüşü zamanı Ermənistan SQ baş qərargahının təşkilat səfərbərlik idarəsinin rəisi, general-mayor Kamo Koçunts deyib.
Onun sözlərinə görə, günün nizam qaydası ilə hərbi xidmət növündə müxtəlif xəstəlikləri olan gecə sidiyi saxlaya bilməmə (enurez), artıq çəkisi olanlar (normadan 4 kq artıq), az çəkisi olanlar (normadan 2 kq az olduqda, 43-45 kq) və hemoqlobini aşağı və ya yuxarı olanlar da xidmət edəcək.
"İndiyədək belə xəstəliyi olanlar xidmət azad edilirdi", - deyə Koçunts bildirib.
Təşkilat səfərbərlik idarəsinin rəisi, artıq 5 nəfərin bu cür çağırış növü ilə xidmətə cəlb edildiyi, yekun rəqəmin isə 70-100 arası olacağını bildirib. Belə xidmət növünə cəlb edilənlər isə hər 6 aydan bir tibbi müayinəyə cəlb ediləcəklər.
O, yeni qaydaların həmin xəstəliklərlə möhlət hüququ alan, lakin çağırış yaşı həddini başa vurmayanlara da şamil ediləcəyini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az