"Rusiya, ABŞ və İordaniya orduları arasında əlaqə çox faydalıdır” – Lavrov

2018/07/18747848514584_1530703363.jpg
Oxunub: 2818     19:17     04 İyul 2018    
“Rusiya, ABŞ və İordaniya orduları arasındakı əlaqə Suriyanın cənubundakı münaqişə zonasını izləmək baxımından olduqca faydalıdır”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.

Onun sözlərinə görə, Rusiya üç ordunun sözügedən bölgə üzərində əməkdaşlığını yüksək qiymətləndirir.

“Biz həm də İordaniyanın Astana prosesindəki müşahidəçi rolundan da olduqca məmnunuq. Bu prosesin növbəti görüşü bu ayın sonlarında olacaq və orada da İordaniyanı görmək istəyirik”, - deyə Lavrov əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İordaniya   ABŞ  


Bizi "telegram"da izləyin