“Kamxud”da ruslarla ermənilərin birgə toplanışları başlayıb

2018/07/939732_1530693472.jpg
Oxunub: 3000     16:36     04 İyul 2018    
“Kamxud” yüksək dağ təlim mərkəzində Ermənistandakı 102-ci hərbi bazanın mühəndis istehkam bölmələrinin şəxsi heyəti və Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçularının birgə toplanışları başlayıb.

Ordu.az Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, meşə və qayalı keçidlər üzrə 5 km seçilmiş ərazi ilə hərəkət edən hərbi texnika karvanının keçməsi üçün yol və bir metr dərinlikdə olan dörd metrlik çuxur bərpa ediləcək.

Su mənbələrinin araşdırılması, toplanması və SKO-10 “Gigiyena” su təmizləmə müasir ordu kompleksinin tətbiqi ilə su təmizləmə məntəqələrinin təchizatlandırılmasını öyrənəcəklər.

Bir həftə davam edəcək birgə praktiki məşğələlərdə 200-dən artıq hərbi qulluqçu və 50 ədəd hərbi texnika cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Ermənistan  


Bizi "telegram"da izləyin