Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikiləri ABŞ Xarici İşlər nazirinin müavini Uess Mitçel bəyan edib.
“Biz Türkiyə hökuməti ilə bütün əlaqələrimizdə aydın etmişik ki, S-400-lərin alınacağı təqdirdə sanksiyalar tətbiq olunacaq, sadəcə bu prosesin tamamlanmasını gözləyirik”, - deyə Mitçel bildirib.
Onun sözlərinə görə, S-400-lərin alınması Türkiyə ilə ABŞ arasındankı qarşılıqlı əlaqələri bir daha bərpa edilməsi çətin olacaq formada pozacaq.
Ağalar Ağalarlı
Ordu.az