TSQ-nin böyük karvanı Suriyaya daxil olur

2018/06/6456_1530100211.jpg
Oxunub: 3814     19:47     27 İyun 2018    
Türkiyə ordusuna məxsus çox sayda tank və zirehli texnikadan ibarət geniş hərbi karvan Suriyanın şimalına daxil olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Azad Suriya Ordusu qüvvələrinin sözcüsü bildirib.

Məlumatda qeyd olunub ki, Türkiyə Quru Qoşunlarının bölgəyə daxil edilməsində əsas məqsəd ərazidəki YPG qüvvələrinə məxsus müşahidə məntəqəsini ələ keçirməkdir.

Qeyd edək ki, hazırda bölgədə Türkiyəyə məxsus 12 nəzarət məntəqəsi var və Astana sülh danışıqları zamanı Latakiyadakı qeyd olunan müşahidə məntəqəsi YPG terrorçularının nəzarətində saxlanılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Suriya   Hərbi-karvan  


Bizi "telegram"da izləyin