Misir ordusundan növbəti əməliyyat: 4 terrorçu zərərsizləşdirilib

2018/06/2018-636544643610339563-3345645_1518864389_1530099332.jpg
Oxunub: 2993     19:34     27 İyun 2018    
Misir ordusu ölkənin cənubundan anti-terror əməliyyatları həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar ölkənin cənubunda yerləşən Əssiyut bölgəsinin Sühecyəh şəhərində baş verib.

Misir Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumata əsasən əməliyyatlar ordu və polis birlikləri tərəfindən ortaq şəkildə həyata keçirilib.

Bildirilib ki, baş verən qarşıdurma zamanı 4 terrorçu zərərsizləşdirilib. Təhlükəsizlik qüvvələri əməliyyatları itki vermədən uğurlu şəkildə yekunlaşdırıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Terror  


Bizi "telegram"da izləyin