Donasda gərginlik davam edir: Separatçılar ağır itkilər verib

2018/06/6484520140251458_1530089364.jpeg
Oxunub: 2736     16:48     27 İyun 2018    
Ukraynanın Donbas bölgəsində separatçı qüvvələr son 24 saat ərzində atəşkəsi 30 dəfə pozaraq Ukrayna silahlı qüvvələrinin mövqelərini hədəf alıblar.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, separatçılar 30 dəfə atəşkəsi pozub. Bunların 11-də Minsk razılaşmasının qadağan etdiyi silahlardan istifadə edilib.

Hücumlar zamanı separatçı qüvvələr Luqansk bölgəsində 120 və 82 mm-lik minaatanlardan, 122 mm-lik artilleriya sistemlərindən atəş açıblar.

Birləşdirilmiş Qüvvələr Əməliyyatının əsgərləri separatçıları cavab atəşi ilə susdurub, qarşıdurmalar nəticəsində 5 separatçı məhv edilib, 6-sı isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   Atəşkəs  


Bizi "telegram"da izləyin