Liviya Milli Ordusu bir neçə həftə davam edən qarşıdurmalar nəticəsində strateji əhəmiyyətə sahib Derna şəhərini azad etməyə nail olub.
Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun komandiri general Xəlifə Həftar bəyan edib.
Onun sözlərinə görə, Liviya Milli Ordusu son günlərdə terrorçular üzərində ciddi üstünlük əldə etdikdən sonra dünən gecə Dernaya nəzarəti tam bərpa edib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Liviya
Derna
Terror