ABŞ Gürcüstan və Ukraynaya yardım artırır

2018/06/84784102514581458_1530086917.jpg
Oxunub: 4242     16:07     27 İyun 2018    
Birləşmiş Ştatlar Gürcüstan və Ukrayna silahlı qüvvələri üçün göstərdiyi hərbi yardımı artırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər nazirinin Avropa və Avrasiya İşləri üzrə köməkçisi Uess Mitçel danışıb.

Senatın Xarici Əlaqələr komitəsinin dinləmələrində çıxış edən Mitçel ABŞ-ın bu yardımının Gürcüstan və Ukraynanın Rusiyaya qarşı mübarizəsinə kömək etdiyini bildirib.

“Biz Rusiya tərəfindən təhdid edilən Gürcüstan və Ukraynaya yardım edirik. Onlara müdafiə üçün zəruri olan hərbi ləvazimatlar çatdırırıq 2018-2019-cu illər üçün Tramp administrasiyası Avropadakı müttəfiqlərinə yardım etmək üçün ümumilikdə 11 milyard dollar vəsait xərcləməyi planlaşdırır” , - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan   Ukrayna  


Bizi "telegram"da izləyin