Finlandiya prezidenti: “ABŞ-Rusiya sammitinə ev sahibliyi etməyə hazırıq”

2018/06/251584581414251_1530082373.jpg
Oxunub: 3397     14:52     27 İyun 2018    
Finlandiya Rusiya və ABŞ prezidentləri arasında görüşə ev sahibliyi etmənin mümkünlüyü barədə şərh verməsə də, istənildiyi halda yardım təklif etməyə hazırdır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya prezidenti Sauli Niinisto danışıb.

Niinisto Finlandiyanın ehtiyac olduğu zaman həmişə yaxşı xidmətlər təklif etməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, “Reuters” agentliyi ABŞ rəsmilərindən aldığı məlumatlara istinad edərək Finlandiyanın paytaxtı Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın bir araya gələ biləcəyini bildirib.

TASS bununla bağlı məlumatı dəqiqləşdirmək üçün Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi ilə əlaqə saxlamağa çalışsa da, əks tərəf məlumat verməkdən imtina edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin