HƏMAS-dan İsrailə raket hücumu: "Dəmir Qübbə"lər işə salındı

2018/06/1058102729_1530076379.jpg
Oxunub: 2972     13:09     27 İyun 2018    
HƏMAS Qəzza zolağından İsrailin cənub ərazilərinə çoxsaylı raket hücumu edib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“HƏMAS terror təşkilatı İsrail ərazilərinə doğru Qəzza zolağından mərmilərlə hücumlar edir. HƏMAS terror və qeyri-sabitliyi yaydığına görə cavab verməli olacaq”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, Qəzza zolağından İsrail ərazilərinə gecə ərzində 12 raket atılıb, lakin bunların üçü İsrailin “Dəmir Qübbə” havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Hücum nəticəsində heç bir yaralanma və dağıntı faktı qeydə alınmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin