İQQ Diyalada əməliyyatlara başlayıb

2018/06/1033944612_1530037553.jpg
Oxunub: 1959     02:31     27 İyun 2018    
İraq Quru Qoşunlarının tərkibindəki 4-cü briqadanın və 5-ci diviziyası İŞİD-ə qarşı geniş miqyaslı hərbi əməliyyatlar həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat İraq Müdafiə Nazirliyindən verilib.

Məlumatda qeyd olunub ki, bölgədə yerləşmiş terrorçu qüvvələr ara-sıra İraq hərbçilərinə və mülki vətəndaşlara qarşı hücumlar həyata keçirir. Buna cavab olaraq ordu bu gün ərazidə iri miqyaslı anti-terror əməliyyatları keçirib.

Əməliyyatlar nəticəsində terrorçu qruplaşmanın 20-dən çox üzvü zərərsizləşdirilib. Eyni zamanda terrorçulara məxsus 4 ədəd döyüş maşını, 12 motosiklet və 4 top ələ keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD  


Bizi "telegram"da izləyin