Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər arasında müqavilə ötən gün imzalanıb.
Müqaviləyə əsasən şirkət mina müəyyən edilməsində istifadə olunan ALMDS müdafiə sistemlərinin modernizasiyasını həyata keçirəcək.
Modernizasiya nəticəsində sistemlər dar sahil zonalarında, məhdudlaşdırılmış boğazlarda, amfibik obyektiv sahələrdə mina təhlükələrinin sürətli şəkildə müəyyən edilməsi və qiymətləndirilməsi üçün “MH-60S” helikopterinə inteqrasiya olunacaq
Əməkdaşlıqla bağlı Pentaqondan verilən rəsmi açıqlamada qeyd olunub ki, Floridanın Melburn şəhərində və Arizonanın Tukson şəhərində aparılacaq olan modernizasiya işlərinin ümumi dəyəri 15,3 milyon dollardır.
Dəyanət Ağalarlı
Ordu.az