“Thales” və “Microsoft” Pentaqon üçün ortaq klaud sistemi hazırlayacaq

2018/06/open-cloud-computing-inset_1530033995.jpg
Oxunub: 2271     01:24     27 İyun 2018    
Hər iki şirkət ABŞ ordusunun kiber-təhlükəsizliyinin təmin edilməsi üçün yeni bir klaud sistemi formalaşdıracaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Thales”in Strateji Araşdırmalar və Texnoloji İnkişaf bölməsinin direktoru Filip Keryer bildirib.

O qeyd edib ki, “Microsoft” şirkəti ilə ortaq şəkildə hazırlanacaq sistem Pentaqon tərəfindən tələb edilib.

Bildirilir ki, bu sistemlər daha çox məlumat saxlaya bilir. Eyni zamanda sistem 3 qat xüsusi şifrələmə metodu ilə saxladığı məlumatların təhlükəsizliyini maksimum şəkildə təmin etmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, bu müqavilə Pentaqonun klaud sistemləri ilə bağlı bu il ərzində Microsoftla ikinci belə əməkdaşlığıdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Klaud-Sistemi  


Bizi "telegram"da izləyin